BAKI, 12 may. TELEQRAF

Qətər tərəfi ABŞ Prezidenti Donald Trampın Dohaya səfəri zamanı Vaşinqtonla Suriyanın keçid hökumətinə qarşı sanksiyaların ləğvi məsələsində qarşılıqlı anlaşmaya nail olmaq niyyətindədir.

Teleqraf xəbər verir ki, bunu “The Washington Post” qəzetinə müsahibəsində Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Al Tani bildirib.

"Məqsədimiz ABŞ ilə yeni Suriya hökumətinə qarşı sanksiyaların ləğvi barədə qarşılıqlı anlaşmaya nail olmaqdır", - o söyləyib.

Qətərin baş naziri Dəməşqdəki yeni hakimiyyətdən "düzgün sözlər" eşitdiklərini, lakin onların necə hərəkət edəcəyi barədə hələ çox şeyin məlum olmadığını deyib.

"Sanksiya rejimi onların inkişaf qabiliyyətini məhdudlaşdırır", - hökumət başçısı əlavə edib.

Xatırladaq ki, ABŞ Prezidentinin Dohaya səfəri 14-15 may tarixlərində planlaşdırılır.