BAKI, 1 may. TELEQRAF

Husilər pilotsuz uçuş aparatları ilə Tel-Əviv və Aşkelondakı İsrail hədəflərinə hücum edib.

Teleqraf xəbər verir ki, bu barədə Husilərin nümayəndəsi Yəhya Sariya “Al Masirah” telekanalında bildirib.

Onun sözlərinə görə, Yəmən silahlı qüvvələri üç pilotsuz təyyarə ilə "vacib hərbi obyektlərə" zərbələr endirib.