BAKI, 28 noyabr. TELEQRAF
Yəməndə fəaliyyət göstərən “Ənsarallah” (husilər) terror təşkilatının Səudiyyə Ərəbistanının cənub bölgələrinə atdığı ballistik raket havada məhv edilib.
Teleqraf xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya məlumat yayıb.
Səudiyyə Ərəbistanının Mülki Müdafiə İdarəsi bundan əvvəl Cazan bölgəsində hava təhlükəsi barədə xəbərdarlıq etmişdi.