BAKI, 28 noyabr. TELEQRAF
“İraq İslam düşmənlərinin və ABŞ Prezidenti Donald Trampın əlində alətə çevrilməməlidir”.
Teleqraf xəbər verir ki, bunu İranın Ali rəhbəri Müctəba Xameneinin müşaviri Məhəmməd Möhbər deyib.
“İran ən çətin günlərdə bütün imkanları ilə İraq xalqının yanında olub və dostluğunu sübut edib. Bu qırılmaz əlaqə tələb edir ki, Bağdad sərhəd məsələsində ayıq-sayıq olsun, İslam düşmənlərinin əlində alətə çevrilməsin və cinayətkar Trampın siyasətini izləməsin”, - o, X sosial şəbəkəsində yazıb.
Xatırladaq ki, İraq bundan əvvəl İranla sərhəddə bir neçə keçid məntəqəsini ABŞ-nin tələbi ilə bağlayıb. Əli əl-Zeydi hökuməti bu tədbirlərin qaçaqmalçılıqla mübarizə məqsədi daşıdığını açıqlayıb.