BAKI, 28 noyabr. TELEQRAF
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov "Şərəf" ordeni ilə təltif edilib.
Teleqraf xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, noyabrın 30-da Baş nazir Əli Əsədovun 70 yaşı tamam olur.
Əli Əsədov 8 oktyabr 2019-cu ildə Milli Məclisin razılığı əsasında Baş nazir postuna təyin olunub.