BAKI, 28 noyabr. TELEQRAF

“İran Hərbi Dəniz Qüvvələrinin ABŞ-nin mühasirəsini yarmaq üçün planları var, həmin planları icra etmək üçün əmrin verilməsini gözləyir”.

Teleqraf xəbər verir ki, bunu İran Hərbi Dəniz Qüvvələri (HDQ) komandanının əməliyyatlar üzrə müavini general Fərhad Fəttahi deyib.

HDQ rəsmisi ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazının açıq olması ilə bağlı açıqlamalarını da təkzib edib: “Hörmüz boğazı düşmənlərimiz üçün bağlıdır”.

Fərhad Fəttahinin sözlərinə görə, yalnız bəzi ölkələr İran Hərbi Dəniz Qüvvələri ilə koordinasiya əsasında bu su yolundan keçə bilər.