BAKI, 28 noyabr. TELEQRAF
Əhməd Abdulkərim oğlu Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Teleqraf xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
O, bu təltifə Azərbaycan Respublikasında təhsil sahəsində xidmətlərinə görə layiq görülüb.
Qeyd edək ki, sabiq deputat Əhməd Vəliyevin bu gün 80 yaşı tamam olur.