BAKI, 24 aprel. TELEQRAF
Rusiyanın Ukraynanın paytaxtı Kiyevə raket hücumu nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb.
Teleqraf xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko bildirib.
“Xilasedicilər Kiyevdə dağıntılar altından daha iki cəsədi çıxarıblar. Hazırda 12 ölü var. Hadisə yerində işlər davam etdirilir”, - o qeyd edib.