BAKI, 24 aprel. TELEQRAF
Rusiya Qazaxıstanın əsas strateji tərəfdaşı və etibarlı müttəfiqidir.
Teleqraf xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qazaxıstan Xalq Assambleyasının sessiyasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Qazaxıstan və Rusiya qarşılıqlı razılıq əsasında qitənin ən uzun quru sərhədini demarkasiya etməyə nail olublar:
“Son zamanlar Qırğızıstan, Özbəkistan və Tacikistan uzun illər ərzində həll olunmayan sərhəd məsələləri üzrə ümumi anlaşma əldə ediblər. Bu, tarixi sazişdir və biz bunu böyük uğur kimi qiymətləndiririk. Qardaş ölkələrimizə dəstəyimizi davam etdirəcəyik”, - Tokayev vurğulayıb.