BAKI, 13 aprel. TELEQRAF

İran Xarici İşlər Nazirliyi ABŞ ilə birbaşa danışıqlar aparıldığına dair xəbərləri təkzib edib.

Teleqraf “İnterfaks”a istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqayi yerli televiziyanın efirində bildirib.

“Bu şayiələr əsassızdı", - Bəqayi nüvə sazişi ilə bağlı İran və ABŞ arasında birbaşa danışıqların aparılmasının mümkünlüyünü belə şərh edib.