BAKI, 9 aprel. TELEQRAF

ABŞ Prezidentinin oğlu kiçik Donald Tramp Ukraynanı atasına sui-qəsd cəhdində ittiham olunan Rayan Uesli Root haqqında məlumatları gizlətməkdə ittiham edib.

Teleqraf xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Kiçik Tramp Kiyevin Rootun Ukraynadan raket buraxılış qurğusu almaq planları barədə Vaşinqtonu məlumatlandırmadığına diqqət çəkib: “Görünür, bizə deməyiblər ki, bu sosiopat sözün əsl mənasında atamı öldürmək üçün onlardan silah almağa çalışır".