BAKI, 8 aprel. TELEQRAF

"Ukraynada genişmiqyaslı böhran başlayandan bəri Amerika silahlarının satışı 600% artıb və Avropadan gələn sifarişlərin həcmi 265 milyard dollara çatıb".

Teleqraf xəbər verir ki, bunu Müttəfiq Qüvvələrin Avropadakı Ali Baş Komandanı, amerikalı general Kristofer Kavoli deyib.

O vurğulayıb ki, müttəfiqlər üçün müxtəlif silah sistemlərinin uyğunluğunu təmin etməyin ən asan yolu onları ABŞ-dən almaqdır.

"Hazırda 265 milyard dollar dəyərində satış üçün 4000 müraciət var. Avropa ölkələri silah istehsalçısı kimi ABŞ- dən alış-veriş etmək üçün sıraya girirlər", - Kavoli deyib.