
BAKI, 9 aprel. TELEQRAF
"Yaponiya Rusiya ilə bağlı siyasətini dəyişməyincə, Kreml Tokio ilə mümkün sülh müqaviləsinin bağlanmasını müzakirə etmək niyyətində deyil".
Teleqraf xəbər verir ki, bunu Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.
"Hazırda heç bir danışıqlar aparılmır. Yaponiya Rusiya ilə bağlı siyasətini dəyişməyincə belə danışıqlar olmayacaq", - diplomat bildirib.