
BAKI, 8 aprel. TELEQRAF
"Rusiya ordusunun gücləndirilməsi NATO üçün problem olacaq".
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin Avropa Komandanlığının və Müttəfiq Qüvvələrin Avropadakı Ali Baş Komandanı general Kristofer Kavoli ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələrdə bildirib.
"Gəlin görək, onlar müharibədən sonra bunun üçün nə qədər səy göstərə bilərlər. Çox şey hərbi münaqişənin necə başa çatmasından asılıdır, lakin bu modernləşdirmə proqramı alyansın sərhədlərində NATO-ya meydan oxumağa yönəlib", - general Kristofer Kavoli deyib.
Kavoli qeyd edib ki, Rusiya Federasiyası hazırda Silahlı Qüvvələrinin sayını artırmaq və xüsusilə quru qoşunlarında yeni komandanlıqlar yaratmaq üzrədir.