BAKI, 8 aprel. TELEQRAF

"Aprelin 12-də ABŞ və İran arasında birbaşa danışıqlar olacaq".

Teleqraf xəbər verir ki, bunu Ağ Evin sözçüsü Kerolayn Levitt deyib.

“Danışıqlar birbaşa olacaq, mən təfərrüatla bağlı prezidentdən tez açıqlama verməyəcəm”, - o, brifinqdə deyib.

Bundan əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, İran və ABŞ arasında mövcud qarşıdurmanın həlli üçün hərbi variant ola bilməz.