
BAKI, 9 aprel. TELEQRAF
ABŞ Prezidenti Donald Trampa sui-qəsd cəhdində təqsirləndirilən 58 yaşlı Rayan Uesli Rutun Ukrayna ilə əlaqəsi olduğu üzə çıxıb.
Teleqraf xəbər verir ki, bu barədə "The New York Post" qəzeti məlumat yayıb .
Məhkəmə sənədlərinə görə, həmin şəxs silaha çıxışı olan ukraynalıdan "RPG" və ya "Stinger" almağa cəhd edib.
"Görək nə edə bilərik. Tramp Ukrayna üçün yaxşı deyil. Trampın seçilməsinə mane olmaq üçün mənə avadanlıq lazımdır", - gizli mesajlarda qeyd edib.