BAKI, 8 aprel. TELEQRAF

Rusiya və ABŞ nümayəndə heyətləri arasında danışıqların növbəti mərhələsinin aprelin 10-da İstanbulda aparılacağı gözlənilir.

Teleqraf xəbər verir ki, bu barədə "RİA Novosti" nəşri məlumatlı mənbəyə istinadən məlumat yayıb.

"Görüş ayın 10-na planlaşdırılıb", - agentliyin mənbəsi qeyd edib.