BAKI, 1 aprel. TELEQRAF

Ukraynanı təslim olmağa məcbur etmək üçün onu “sülh sazişi” naminə şantaj etmək cəhdləri qəbuledilməzdir.

Teleqraf xəbər verir ki, bunu Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid Makalister deyib.

“Birinci prioritet Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinin nəticələrinə cavab verməkdir. Açıq deyim: “sülh sazişi” naminə Ukraynanı şantaj etmək və onu təslim olmağa məcbur etmək cəhdləri yalnız təcavüzkarı gücləndirir. Putin döyüş meydanında əldə edə bilmədiyi şeyləri danışıqlar yolu ilə əldə etməməlidir”, - komitə sədri vurğulayıb.

Makalister iddia edib ki, Avropa İttifaqı qarşıdakı həftələrdə Ukraynanı öz xalqını azad etmək və Rusiyanın gələcək təcavüzünün qarşısını almaq üçün lazımi vasitələrlə təmin edəcək.