BAKI, 29 mart. TELEQRAF

Ukrayna ABŞ-dən böyük iqtisadi sazişə dəyişiklik edilməsini istəyib.

Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Xəbərdə deyilir: "Ukrayna ABŞ lideri Donald Trampın təklif etdiyi genişmiqyaslı yeni iqtisadi sazişə dəyişikliklər olunmasına çalışır. Rəsmi Kiyev xüsusilə ABŞ-nin ölkəyə investisiyalarının artırılmasını istəyir".

Agentliyin məlumatına görə, Kiyev bu sazişin onu ABŞ-dən aldığı hərbi və iqtisadi yardımı tam şəkildə qaytarmağa məcbur etməsinə çalışır.