BAKI, 29 mart. TELEQRAF

"Çin Rusiya və ABŞ arasında strateji sabitliyə dair mümkün danışıqlara qoşulmağa hazır deyil".

Teleqraf xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.

O xatırladıb ki, Pekin son ana qədər belə bir dialoqa qoşulmağa hələ hazır olmadığına dair dəqiq mövqe tutmuşdu.

Bildirilib ki, bununla belə, Çin mövqeyini dəyişə bilər.