BAKI, 27 mart. TELEQRAF

Boliviya hökuməti son aylarda 50- dən çox insanın ölümünə səbəb olan yağışların səbəb olduğu daşqınlar səbəbindən fövqəladə vəziyyət elan edib.

Teleqraf xəbər verir ki, bu barədə ölkə Prezidenti Luis Arse məlumat verib.

Onun sözlərinə görə, təbii fəlakət ölkədə fövqəladə vəziyyət elan etməyə məcbur edib: “Müvafiq fərman vermişik. Bu, dəymiş ziyanla mübarizədə iştirak edən bütün şəxslərin işini sürətləndirəcək".

Ölkə başçısı bildirib ki, leysan yağışları nəticəsində 209 bələdiyyə zərər çəkib, 818 ev dağıdıb. Daşqınlar zamanı azı 51 nəfər ölüb, 8 nəfər itkin düşüb.