BAKI, 29 mart. TELEQRAF

Türkiyədə növbədənkənar prezident seçkilərinin keçirilməsi üçün imza toplanması kampaniyası başlayır.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin əsas müxalifət partiyası olan Xalq Cümhuriyyət Partiyasının (CHP) sədri Özgür Özel bu gün İstanbulda keçirilən mitinqdə bildirib.

Onun sözlərinə görə, imzatoplaması kampaniyası martın 30-da start götürəcək.

Qeyd edək ki, Türkiyədə prezident seçkiləri 2028-ci ilə planlaşdırılıb, lakin müxalifət erkən seçkilərin keçirilməsini tələb edir.

Türkiyə qanunvericiliyinə görə növbədənkənar prezident seçkiləri parlamentin böyük çoxluğunun qərarı ya da ölkə Prezidentinin fərmanı ilə həyata keçirilir.