BAKI, 30 mart. TELEQRAF

Məşhur Hollivud ulduzu Denis Arndt 87 yaşında vəfat edib.

Teleqraf xəbər verir ki, bu barədə “Hollywood Reporter” nəşri məlumat yayıb.

Qeyd edək ki, Azərbaycan tamaşaçısının yaddaşında bu aktyor “Əsas instinkt” filmindəki sorğu-sual səhnəsində Şeron Stouna baxan heyrətlənmiş polis rolu ilə qalıb.