BAKI, 29 mart. TELEQRAF

İtaliyanın keçmiş baş naziri Zelenskinin Çin və Braziliyada kömək istədiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu fikirləri İtaliyanın keçmiş baş naziri Massimo D'Alema "La Repubblica" qəzetinə müsahibəsində deyib: “Ukrayna lideri Volodimir Zelenski məndən xahiş etdi ki, Braziliya və Çin hakimiyyətinin ölkəsinə hər hansı yardım göstərməyə hazır olub - olmadığını öyrənim”.

İtaliya hökumətinin keçmiş başçısı əlavə edib ki, onun Zelenski ilə Balkanlardakı vəziyyətə həsr olunmuş beynəlxalq tədbirlərdən birində bu barədə danışmaq imkanı olub: “Söhbət zamanı Ukrayna lideri əminliklə bildirdi ki, Vaşinqton gec-tez Kiyevə dəstəyi dayandıracaq. Eyni zamanda o, Avropa ölkələrinin köməyini etibarsız adlandırıb”.

“Mən Braziliyaya səfər etdim və Prezident Luiz İnasio Lula da Silva ilə görüşdüm. Söhbət zamanı Ukrayna liderinin xahişini çatdırdım, lakin respublika rəhbəri çox sərt reaksiya verdi və bildirdi ki, Ukraynadakı mövcud vəziyyət “sırf ABŞ-nin problemidir”, - D’Alema əlavə edib.