BAKI, 30 mart. TELEQRAF

Almaniyanın Hannover şəhərində qocalar evində baş verən yanğın nəticəsində 50-dən çox insan xəsarət alıb.

Teleqraf xəbər verir ki, bu barədə "DPA" agentliyinə yerli polisdən məlumat verilib.

Hadisə zamanı üç nəfər ağır bədən xəsarətləri alıb.

Məlumata görə, tibb işçiləri qocalar evinin otaqlarından birində yanğın baş verdiyini müşahidə ediblər. Yanğınsöndürənlər alovun digər otaqlara keçməsinin qarşısını alıblar. Lakin tüstü digər otaqları da bürüyüb.

Yanğının səbəbi hələlik müəyyən edilməyib.