
BAKI, 26 mart. TELEQRAF
“Ukraynanın Rusiyaya ərazi güzəştləri məsələsi müzakirə edilməyib”.
Teleqraf BBC-yə istinadən xəbər verir ki, bunu Ukrayna Prezident aparatı rəhbərinin müavini Pavel Palisa deyib.
Onun sözlərinə görə, rəsmi Kiyevin güzəştə getmək barədə planı yoxdur: “Ciddədə Amerika tərəfi ilə razılaşdırılmış hərtərəfli atəşkəs üzrə texniki məsləhətləşmələr davam etdirilib. Ərazi güzəştindən isə söhbət gedə bilməz”.
Qeyd edək ki, Səudiyyə Ərəbistanında Ukrayna və ABŞ nümayəndə heyətləri arasında növbəti danışıqlar prosesi baş tutub.