BAKI, 24 mart. TELEQRAF

Belarusun sərhədyanı ərazilərində demək olar ki, hər həftə pilotsuz təyyarələr qəzaya uğrayır.

Teleqraf xəbər verir ki, bunu ölkənin daxili işlər nazirinin müavini və Daxili Qoşunların komandanı Nikolay Karpenkov bildirib.

Karpenkov qeyd edib ki, xüsusi təyinatlılar dağıntıların qarşısını almaq üçün minatəmizləməni mümkün qədər təhlükəsiz aparırlar.

"Mütəxəssislər çalışırlar ki, bir dənə də olsun ev uçmasın", - o vurğulayıb.

Nazir müavininin sözlərinə görə, dronlar yaşayış binalarından 50-60 metr məsafədə düşür və partlamır.

"Bu, demək olar ki, hər həftə baş verir" dedi.