
BAKI, 23 mart. TELEQRAF
İran Yəmənin Husilər hərəkatını Yaxın Şərqdə vəziyyəti gərginləşdirməməyə və ABŞ ilə danışıqlar kanalını açıq saxlamağa çağırıb.
Teleqraf xəbər verir ki, bu barədə İraqın “Shafaq News” portalı mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Tehranın mesajını husilərə İraqın keçmiş Baş naziri Adel Əbdül Mehdi Sənaya səfəri zamanı çatdırıb. Təklif ABŞ-nin hava zərbələrinə son qoymaq şərti ilə Qırmızı dəniz və Bab əl-Məndeb boğazında husilərin hücumlarının dayandırılmasını ehtiva edir.