
BAKI, 21 mart. TELEQRAF
İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan korrupsiya istintaqı çərçivəsində prokurorluğun göstərişi ilə 7 şübhəlinin bank seyfləri ələ keçirilib.
Teleqraf yerli KİV-lərə istinadən xəbər verir ki, istintaq çərçivəsində şübhəlilərin müxtəlif banklarda şəxsi seyflərinin olduğu müəyyən edilib.
Şübhəlilərdən Murat Ongun, "İmamoğlu İnşaat və SSB Gayrimenkul"un baş direktoru Tuncay Yılmaz, İBB Baş direktoru Ertan Yıldız və Murat Kapki, reklamçı və tekstil iş adamı Hüseyn Köksal, Emrah Bağdatlı və İBB İdman baş direktoru Fatih Keleşə aid bank seyflərin olduğu müəyyən edilib.
Prokurorluğun təlimatı ilə bank seyflərinin tapılması və ələ keçirilməsi üzrə əməliyyatı həyata keçirilib.