BAKI, 30 sentyabr. TELEQRAF

“Erməni Apostol Kilsəsinin faktiki rəhbərinin və bir sıra yüksək rütbəli din adamlarının fəaliyyəti nəticəsində kilsədə yaranmış böhran və onun həlli yolları haqqında” hesabatda bildirilir ki, II Qaregini katolikos postuna Robert Köçəryan gətirib”.

Teleqraf xəbər verir ki, bunu erməni ilahiyyatçı Harutyun Harutyunyan deyib.

Ekspert erməni kilsəsinin hazırkı rəhbərinin də Rusiya agenti olduğunu bildirib: “Qareginin qardaşı Yezrasın agent olması barədə çox danışılır, halbuki birinciyə daha çox diqqət yetirilməlidir. Robert Köçəryan və Qaregin eyni insanlardır. Hər ikisi Ermənistanı rus çəkməsinin altında saxlamaq istəyir, hər ikisi dinziszdir. Qaregin taxtda olduğu müddətdə təslim olmayacaq, mübarizə aparacaq. Əgər vəzifəsindən uzaqlaşdırılsa, daha heç bir keçmiş KQB-çi yüksək vəzifədə qalmayacaq”.

Harutyun Harutyunyan qeyd edib ki, Eçmiədzin katolikosluğunun bəyanatları Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın açıqlamalarına bənzəməyə başlayıb: “Dini hibrid müharibədə silaha çeviriblər, Eçmiədzin katolikosluğunun və Zaxarovanın bəyanatları eynidir”.