BAKI, 30 sentyabr. TELEQRAF

Böyük Britaniyanın müdafiə naziri Vernon Koaker Azərbaycana səfər edib.

Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniyanın ölkəmizdəki yeni səfiri Dunkan Norman sosial şəbəkə hesabında paylaşım edib.

Diplomat qeyd edib ki, Vernon Koaker və 18 Britaniya şirkətinin nümayəndələri VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində (ADEX-2026) ilk dəfə iştirak edirlər:

Dunkan Norman Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanovun da tədbirdə iştirak etməsindən məmnunluq duyulduğu qeyd olunub:

"Sərgidəki stendimizi ziyarət etməklə Böyük Britaniyanın təqdim etdiyi dünya səviyyəli hərbi təcrübə, yeniliklər və imkanlarla tanış ola bilərsiniz".