
BAKI, 20 mart. TELEQRAF
Yəmənin Husilər hərəkatı Qırmızı dənizdə ABŞ-nin "USS Harry Truman" aviadaşıyıcı qrupuna pilotsuz uçuş aparatları, həmçinin qanadlı və ballistik raketlərlə hücum edib.
Teleqraf xəbər verir ki, bu barədə husilərin hərbi məsələlər üzrə sözçüsü Yəhya Sariya məlumat verib.
"Yəmən silahlı qüvvələri Qırmızı dənizdə ABŞ-nin təyyarədaşıyan "USS Harry Truman" və onunla əlaqəli döyüş gəmilərinə hücumlarını artırıb",- hərəkatın sözçüsü "Əl-Masirah" telekanalına bildirib.