BAKI, 18 fevral. TELEQRAF
"Avropa İttifaqı Ukraynanı dəstəkləməyə davam etməlidir, Kiyev bu məsələdə Avropaya arxalana bilər".
Teleqraf xəbər verir ki, bu sözləri Almaniya Federal Kansleri Olaf Şolts bildirib.
O, təhlükəsizlik məsələlərinə dair Paris sammitinin Avropa üçün çətin vəziyyətdə zəruri, düzgün və qeyri-rəsmi fikir mübadiləsi olduğunu vurğulayıb.
Şoltsun fikrincə, Ukrayna Aİ-nin dəstəyinə arxalanmalıdır.
Kansler əlavə edib ki, Avropa dövlətləri Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqları alqışlayır.