BAKI, 14 fevral. TELEQRAF

Ukrayna NATO üzvlüyü üçün öz vətəndaşlarının əzab və ölümlərinə səbəb olub.

Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın NATO Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Yehor Çernev bildirib.

"Bu üzvlük üçün biz ağrı, əzab və vətəndaşlarımızın ölümündən keçdik. Əgər bu, başlanğıcda mümkün deyilsəydi Qərbin Ukraynaya bu cür vədlər verməməsi gərəkirdi”,- o vurğulayıb.