BAKI, 14 fevral. TELEQRAF

Almaniya kansleri Olaf Şolts parlamenti Almaniyada fövqəladə vəziyyət elan etməyə çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkə səhifəsində yayımlanan videomüraciətində bildirib.

Onun sözlərinə görə, Ağ Ev rəhbəri Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında danışıqlar gözlənilməz olmayıb, lakin belə bir hadisə Avropanın aydın, sürətli və qətiyyətli mövqeyini tələb edir.

Şolts hesab edir ki, Aİ-nin ABŞ-nin bərabərhüquqlu müttəfiqi olaraq qalması üçün daha çox iş görülməlidir.

O, Almaniyanın təhlükəsizliyinə və müdafiəsinə qoyulan sərmayələri vergilərdən azad etmək üçün islahat təklif edib və hökuməti Rusiya-Ukrayna münaqişəsini fövqəladə vəziyyət kimi təsnif edən qətnamə qəbul etməyə çağırıb.