![](https://teleqraf.az/storage/2025/02/11/715x378/2020-11-07t083309z_1819657093_rc28yj90832o_rtrmadp_3_russia-revolution-anniversary-1024x702.jpg)
BAKI, 11 fevral. TELEQRAF
İkinci Dünya müharibəsi illərində faşistlərin sovet xalqlarına qarşı cinayətlərinin araşdırılması işi xüsusilə qələbənin 80-ci ildönümündə çox mühümdür.
Teleqraf.com xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov nasist Almaniyası və müttəfiqlərinin dinc əhaliyə qarşı cinayətlərinin SSRİ xalqlarının soyqırımı kimi tanınması məsələsini şərh edərkən deyib.
“Əlbəttə, faşistlərin cinayətlərinin araşdırılması işi müstəntiqlərimiz tərəfindən aparılmalıdır, bu da qələbənin 80-ci ildönümündə mühüm işdir. Qələbənin xatirəsinə və nasistlərin layiqli cəzasına görə bu, xalqımız və hamımız üçün çox vacibdir”, - Peskov bildirib.
Rusiya xarici işlər naziri Sergey Lavrov bundan öncə söyləmişdi ki, Moskva faşistlər və onların tərəfdaşlarının dinc əhaliyə qarşı cinayətlərinin SSRİ xalqlarının soyqırımı kimi tanınmasına çalışacaq.