
BAKI, 11 fevral. TELEQRAF
Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlük prosesi başlayıb.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Sisak Qabrielyan deyib.
“Ermənistan Avropa İttifaqına üzvlük prosesinin başlandığını elan edir. Bu gün Ermənistan parlamentində müvafiq qanun layihəsinin qəbulu prosesinə başlanılıb”, - deputat bildirib.