BAKI, 24 aprel. TELEQRAF

Cari ilin ilk üç ayında Ədliyyə Nazirliyinin yerli icra qurumlarının icraatına ümumilikdə 76 mühafizə orderi daxil olub.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, onlardan 74-ü qısamüddətli, 2-si uzunmüddətli olub.

"Mühafizə orderlərindən 69-u qadına, 7-si kişiyə verilib.

Məlumat üçün bildiririk ki, əvvəlki dövrdən qalanlar da daxil olmaqla, cəmi 150 işin icraatı tamamlanıb", - məlumatda qeyd olunub.