BAKI, 11 fevral. TELEQRAF

Avropa İttifaqı (Aİ) ilə yaxınlaşma prosesi sürətlənir, amma Ermənistan üzvlük üçün hələ rəsmi ərizə təqdim etməyib.

Teleqraf xəbər verir ki, bu barədə Avropa Komissiyasından Rusiyanın “İzvestiya” qəzetinə bildirilib.

“Ermənistanda davam edən müzakirələr Avropa İttifaqı və onun dəyərlərinin cəlbediciliyini göstərir. Aİ-Ermənistan münasibətləri heç vaxt indiki qədər yaxın olmayıb. Viza rejiminin liberallaşdırılması üzrə dialoqun başlanması və Avropa Sülh Fondu çərçivəsində 10 milyon avroluq dəstək bunu nümayiş etdirdi”, - məlumatda deyilir.

Qeyd edilir ki, Brüssel həmçinin İrəvana Avropaya inteqrasiya haqqında qanun layihəsini müzakirə etməyə söz verib: “Aİ-yə üzvlük məsələsi hələ hüquqi gündəmdə olmasa da, Ermənistan artıq ittifaqla daha dərin tərəfdaşlığa doğru irəliləyir”.