
BAKI, 10 fevral. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyanın ABŞ səfəri ölkəmiz adına əsl biabırçılıq oldu.
Teleqraf xəbər verir ki, bunu erməni politoloq Nairi Sərkisyan deyib.
“Nikol Paşinyan və Ararat Mirzoyanın ABŞ səfəri məhsuldar olmadı, Vaşinqtonda onlarla heç bir məsələ müzakirə edilmədi. Bu, dövlət büdcəsindən növbəti səmərəsiz xərc idi, Paşinyan sadəcə dəhliz və ya hansısa kabinetdə ABŞ vitse-prezidenti (Ceyms Devid Vens) ilə şəkil çəkdirdi, onu dövlət səviyyəsində qəbul eləmədilər.
Nəinki onu, bizi də aşağıladılar. İndi sual olunur ki, ABŞ səfəri nə verdi? Cavab yerləri boşdur, yalnız Paşinyanın boş çıxışını dinlədilər”, - ekspert bildirib.
Xatırladaq ki, Ermənistan baş naziri Nikol Paşinyan 3-7 fevral tarixlərində ABŞ-də səfərdə olub. Paşinyanın ofisi səfərin Dini Etiqad Azadlığı Sammiti ilə bağlı olduğunu açıqlamışdı.