BAKI, 10 fevral. TELEQRAF

Ukrayna yaxın gələcəkdə NATO-ya üzv ola bilməyəcək.

Teleqraf xəbər verir ki, bunu Almaniya Kansleri Olaf Şolts kanslerliyə namizəd Fridrix Merzlə debat zamanı deyib.

Kansler bildirib ki, Ukraynanın NATO-ya üzvlüyü tezliklə baş tutmayacaq, çünki ABŞ bu addımı rədd edib.

Şolts həmçinin Donald Trampın ABŞ-də hakimiyyətə gəlməsindən sonra Rusiya və Ukrayna arasında sülh danışıqlarına ümid etdiyini söyləyib:

“Müharibə bitsəydi, çox yaxşı olardı”.