
BAKI, 7 fevral. TELEQRAF
Sabah Litva, Latviya və Estoniya Rusiyanın enerji sistemindən həmişəlik ayrılacaq.
Teleqraf xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas "X" sosial şəbəkəsində yazıb.
“Rusiya artıq enerji resurslarından şantaj vasitəsi kimi istifadə edə bilməyəcək. Bu, Avropanın azadlığı və birliyinin qələbəsidir”, - Aİ-nin baş diplomatı bildirib.