
BAKI, 7 fevral. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın administrasiyası Rusiyaya qarşı sanksiyaları qeyri-kafi hesab edir.
Teleqraf xəbər verir ki, bu barədə Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq bildirib.
Onun sözlərinə görə, Vaşinqton Rusiyanın enerji sektoruna sanksiyaların gücləndirilməsi imkanını nəzərdən keçirir.
“Sanksiyalar sərtləşdirilə bilər, xüsusən də (neft hasilatı və ixracına qarşı) son məhdudiyyətlər”, - Kelloq vurğulayıb.
Rəsmi qeyd edib ki, ABŞ-nin Rusiyaya qarşı iqtisadi təzyiqləri kifayət qədər ağrılı olmayıb: “Vaşinqtonun hələ də Rusiyanın enerji sektoruna qarşı sanksiyaları sərtləşdirmək imkanı var”.