BAKI, 7 fevral. TELEQRAF

Günün əvvəlindən bəri Oryol vilayətində üçüncü dəfə hava təhlükəsi elan edilib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nazirlik vilayət sakinlərini ayıq-sayıq olmağa çağırıb.

Günün əvvəlindən regionda iki dəfə hava, bir dəfə isə raket təhlükəsi elan olunub.

Ukrayna mediası təhlükə xəbərdarlıqlarının Ukrayna Hərbi Hava Qüvvələrinin sözügedən vilayətə dron zərbələri ilə əlaqədar edildiyini bildirib.