BAKI. 7 fevral. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Azərbaycan və Ermənistan arasında nəqliyyat dəhlizinin açılmasında maraqlı olacaq.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin “Stratfor” analitik mərkəzinin Avrasiya məsələləri üzrə analitiki Metyu Orr Ermənistan mətbuatına deyib.

“Tramp Cənubi Qafqazda regional dəhlizlərin, o cümlədən Transxəzər dəhlizinin inkişafının tərəfdarı olacaq. Çünki bunlar Qərb məhsulları üçün ixrac marşrutu ola bilər. Həmçinin bu, region ölkələrinin bölgədə balanslı durumun yaranması ilə məşğul olmaları və Rusiya, Çin və İrandan asılı vəziyyətə düşməmələri üçün ciddi fürsətdir. Bundan əlavə, məqsəd Türkiyənin bölgə və bu marşrutlarda mövqelərinin güclü olmasını təmin etməkdir”, - analitik vurğulayıb.