BAKI, 7 fevral. TELEQRAF

Ukrayna Silahlı Qüvvələrinin mexanikləşdirilmiş piyada qoşunları taboru hücumların yeni dalğasına başlayıb. Ukrayna qoşunları Rusiya ordusunun müdafiəsinə yararaq, Suca şəhərinin cənub-şərqinə doğru irəliləyirlər.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

“Ukrayna qüvvələri Sudca-Oboyan magistral yolu boyunca Maxnovkanın cənub-qərbi və Konopelka qəsəbəsinin şimal və şərqində mövqelər tutaraq, Kolmakov və Fanaseyevkanı ələ keçiriblər”, - məlumatda deyilir.

Mənbə Ukrayna qüvvələrinin təxminən bir tabor olduğunu və 5 km irəlilədiyini bildirir. İnstitut həmçinin Ukrayna Silahlı Qüvvələrinin 30-50 zirehli texnikadan istifadə edərək hücum etdiyini bildirən Rusiyanın hərbi kəşfiyyatçılarının məlumatlarına istinad edib.

ISW vurğulayır ki, Rusiya Ukrayna Silahlı Qüvvələrinin irəliləməsindən narahatdır: “Çünki bu vəziyyət Sucanın cənubundakı Rusiya ordusunun arxa cəbhəsinə təhlükə yarada və rusların Ukraynanın yerüstü rabitə xətlərini kəsmək imkanlarını çətinləşdirə bilər”.

Amerikalı analitiklər deyirlər ki, Ukrayna ordusunun Kursk vilayətində hücum əməliyyatları davam edir: “Bu, Ukrayna ilə sərhəddə yerləşdirilən Rusiya bölmələrinə əlavə təzyiq yaradır”.