Çinin “Zhongke Yuhang” şirkətinin “Kinetica-1” daşıyıcı raketinin sınaqları uğursuz olub.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə şirkətin özü məlumat yayıb.

Məlumata görə, raket Şimali Çindəki Dongfeng poliqonundan buraxılıb. Başlanğıcdan üç saniyə sonra - üçüncü mərhələdə mühərrikdə nasazlıq baş verib. "Kinetica-1"in təhlükəsizlik sistemi raketin özünü məhv edib.