BAKI, 9 noyabr. TELEQRAF
Qüds patriarxı III Feofil yaxın günlərdə Ukraynaya səfər etməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə patriarx TASS-a açıqlamasında bildirib.
“Yaxın günlərdə bölgəyə sabitlik və sülh gətirmək məqsədilə Ukraynaya səfərə və orada keçiriləcək danışıqlara hazırlığa diqqət yetirəcəyəm”, – III Feofil deyib.
Patriarx səfərin dəqiq tarixi və nəzərdə tutulan görüşlərlə bağlı əlavə məlumat verməyib.