BAKI, 9 noyabr. TELEQRAF
Kuba ABŞ-nin adaya qarşı mümkün hərbi əməliyyat təhlükəsini ciddi qəbul edir və əhalini ölkənin müdafiəsinə hazırlayır.
Teleqraf xəbər verir ki, bunu Kubanın BMT-dəki daimi nümayəndəsi Ernesto Soberon Qusman bildirib.
Diplomatın sözlərinə görə, ölkədə hər həftənin cümə günü əhalinin müdafiə hazırlığına həsr olunur.
“Biz bu təhlükəyə çox ciddi yanaşırıq. Buna görə də Kubada hər cümə gününü müdafiəyə həsr edirik. Məqsəd bütün xalqı suverenliyimizin, müstəqilliyimizin və ərazi bütövlüyümüzün qorunmasına hazırlamaqdır”, – o deyib.
Qusman vurğulayıb ki, Kuba istənilən ssenariyə, o cümlədən hərbi müdaxilə ehtimalına hazır olmalıdır.