"İran gizli imkanlarından istifadə edərək İsrailə qarşı “ölümcül cavab zərbəsi” endirəcək".
Teleqraf.com TASS-a istinadən xəbər verir ki, bunu İranın general-mayoru, hərbiləşdirilmiş Bəsic milislərinin komandiri Qulamrza Süleymani deyib.
General bildirib ki, İsrail hesablamalarında səhv edib, lakin İran bu səhvi düzəldəcək və ona güclü zərbə vuracaq.
Oktyabrın 31-də İranın gələn çərşənbə axşamı, noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkiləri öncəsi İsrailin zərbəsinə cavab verəcəyi bildirilib .